"Azərbaycan 25 ildən çoxdur münaqişə şəraitində yaşayır. Münaqişənin həll olunması üçün onun erkən vaxtında müraciət edilə bilərdi, lakin bu, heç zaman gec hesab olunmur.

Unikal.org-un apa-ya istinadən məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "BMT-nin preventiv tədbirlər mədəniyyəti formalaşdırmaq naminə 70 illik fəaliyyəti adlı panel müzakirəsində çıxışı zamanı deyib.

A. Əzimov bildirib ki, beynəlxalq qurumlar münaqişələrin həllinə töhfə verməklə, məsələyə beynəlmiləl yanaşma gətirməlidir: "Münaqişələr artıq iki ölkənin məsələsi deyil. Burada məsələ region çərçivəsindən çıxır. Oxşar şəraitin yaranmasına qarşı çıxmaq üçün preventiv tədbirlər görərək və əvvəllər münaqişələrin həlli ilə bağlı təcrübələrdən çıxış edərək sülhün bərqərar olmasına zəmin yaratmaq mümkündür. Lakin bəzən qonşu cəmiyyətlərdə beynəlxalq qanunun tanınması və bu sahədə savadın olması şübhə yaradır. Beynəlxalq qanun prinsipindən çıxış edərək hər bir tərəf bu qanunlara hörmət etməlidir, beynəlxalq qurumlar cəmiyyətlərə bunu aşılamalıdır. Bu istiqamətlərdə ekspertlər işləməlidir.