Təhsil naziri Mikayıl Cabbaraov ermənilər tərəfindən açılmış atəş nəticəsində yaralanan məktəbliyə baş çəkib.
Unikal.org-un "Report"a istinadən xəbərinə görə, nazir Bərdə Müalicə-Diaqnostika Mərkəzində Tərtər rayonu, Seydimli kənd sakini, 2003-cü il təvəllüdlü Vəlizadə Sənan Samid oğlunun səhhəti ilə maraqlanıb.
Nazir məktəbliyə çoxlu kitab, dərslik göndərəcəyinə söz verib.
Qeyd edək ki, S.Vəlizadə güllə yarası alıb.