ANS-in cəbhə bölgəsinə ezam olunmuş xüsusi müxbiri Mir Şahin Ağayev Goranboyun Tapqaraqoyunlu kəndindən son vəziyyət barədə məlumat verib. O bildirib ki,  25 dəqiqə bundan əvvəl erməni silahlı qüvvələri  Azərbaycanın birtərəfli qaydada elan etdiyi atəşkəsə baxmayaraq həmlələrini davam etdirməyə cəhd göstəriblər. Nəticədə  insanların yaşadığı Tapqaraqoyunlu kəndinin bir sıra məhəllələrinə  mərmi düşüb. Amma o qeyd edib ki,  kənd sakinləri öz evlərini tərk etmirlər.
"Buna baxmayaraq əhalinin  əhval-ruhiyyəsi yüksəkdir. Biz bu həyətdə yaşayan insanlardan birinə yaxınlaşacağıq. O, öz adi həyatı ilə məşğuldur". 
Baş verən hadisə barədə danışan kənd sakini Tural Yaqubov əhali arasında əhval-ruhiyyənin yüksək olduğunu və kəndi tərk etməyəcəklərini deyir. O bildirib ki, bu, onlar üçün adi haldır.