"Yuventus"un müdafiəçisi Mehdi Benatia matçdan sonra açıqlama verdiyi zaman ona qarşı irqçi ifadələr səslənib.

Unikal.org goal.az-a istinadən xəbər verir ki, "Rai Sport" telekanalının müxbirinin suallarını cavablandırarkən həmin şəxsin qulaqcığından həmkarının səsi eşidilib. Mikrofonu söndürməyi unudan işçi Bentatinı etnik baxımdan təhqir edib. Bunu eşidən futbolçu müsahibəni yarımçıq qoyub.