"Barselona"nın hücumçusu Lionel Messi "Villarreal"la oyunda (4:1) 2 qol vurub.

Unikal.org xəbər verir ki, 29 yaşlı argentinalı Primera tarixində 100-cü dəfə dubla imza atıb. O, 56 dəfə ev, 44 dəfə səfər oyunlarında rəqibin qapısından 2 qol keçirib. Bundan başqa ulduz futbolçu 5-ci mövsümdür ki, klub səviyyəsində 50-dən çox qol vurur. 2010/11 - 53 qol, 2011/12 - 72 qol, 2012/13 - 60 qol, 2014/15 - 58 qol.