Bakıda "London taksisi" yol keçən uşağı vurub.

Unikal.org report.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonunda, Binə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində "Xəzər" marketdən çıxan 10 yaşlı Əliyev Zakir Sahib oğlu yolu keçmək istəyərkən 90 AT 602 dövlət qeydiyyat nişanlı "London taksisi" tərəfindən vurulub. Hadisəni törətmiş sürücü Z. Əliyevi xəstəxanaya yerləşdirib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır, sürücünün izahatı alınıb.