Azərbaycanlının idarə etdiyi avtomobil türkiyədə qəza törətdi.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bu gün səhər Ərzincan vilayətində baş verib və nəticədə 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qəza bu gün saat 07.45 radələrində Ərzincan-Sivas yolunun 12-ci kilometrindəki Ərzincan Universitetinin qarşısında meydana gəlib. Ərzincandan Sivas istiqamətinə hərəkətdə olan Azərbaycan vətəndaşı Ədalət Abdulayevə məxsus 90JZ 606 nömrəli avtomobil qarşı istiqamətdən gələn Ersin Kötüoğlunun idarə etdiyi 55 ST 880 dövlət nömrəli yük avtomobilinə çırpılıb.

Qəzada nəticəsində yük avtomobilinin sürücüsü Ersin Kötüoğlu və sərnişinlər İsmayıl Bayquş, İbrahim Yavuz yaralanıb. Azərbaycanlının idarə etdiyi avtomobildə isə şəxsiyyəti naməlum olan 2 adam ölüb.

Hazırda araşdırmaya başlanılıb.