Rusiyanın odnaklasnik (ok.ru) sosial şəbəkəsində Şuşanın ermənilər tərəfindən işğal edilməsi ilə bağlı təbrik smayliki yerləşdirilib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, smaylik Şuşanın ermənilər tərəfindən işğal tarixini və erməni əsgərinin qələbə duruşunu əks etdirir.

Qeyd edək ki, erməni diasporu Rusiyanın sosial şəbəkələrində və digər internet resurslarında güclü dayaqlara malikdir. Məsələyə sosial şəbəkə rəhbərliyi hələlik münasibət bildirməyib