Salyan rayonunda 36 yaşlı piyadanı avtomobil vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Salyan şəhərinin Xəlil Rza Ulutürk prospektinin yaxınlığında qeydə alınıb.

Belə ki, Neftçala rayonunun Xolqaraqaşlı kəndinin sakini Samirə Səmədağa qızı Həsənova yolu keçmək istəyərkən "Mercedes markalı avtomobil tərəfindən vurulub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın Salyan Rayon Mətkəzi Xəstəxanasına çatdırılb və ilk tibbi yardım aldıqdan sonra travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.