Bərdədə avtomobil qaçırılıb.

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, mayın 6-da Bərdə şəhəri ərazisindən şəhər sakini Vüsal Şəfiyevə məxsus "Mercedes markalı avtomobil qaçırılıb.

Avtomobil Mingəçevir şəhəri ərazisində DYPB-nin əməkdaşları tərəfindən saxlanılıb və nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bərdə şəhər sakinləri Ceyhun Məmmədov və Aysel Ələkbərova tutularaq Bərdə RPŞ-yə təhvil veriliblər.

Araşdırma aparılır.