Ağcabədi rayonunun Muğanlı kəndi ərazisində Qarqar çayından tank əleyhinə "TM-62M minası tapılıb.

Unikal.org xəbər verir ki, mina sakinlər tərəfindən aşkarlanıb. Əraziyə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əməkdaşları cəlb olunub. Daşınması mümkün olmadığı üçün mina partladılaraq zərərsizləşdirilib.