Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib.

Unikal.org-un məlumatına görə, rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü Kamerunlu həmyaşıdlarına qarşı keçirib.

Günə yığmamızın yer aldığı qrupun digər görüşü ilə start verilib. Səudiyyə Ərəbistanı komandası Mərakeşə məğlub olub - 0:1.

18:30-da isə millimiz Kamerun sınağına çıxıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Yaşar Vahabzadənin yetirmələri bir neçə epizodda qola yaxın olsalar da, qeyri-dəqiqlik milli üzvlərinin sevinməsinə imkan verməyib. Rəqibin də fərqlənmək üçün şansları olub. Bu vəziyyətlərdə isə qapıçı Şahruddin Məhəmmədəliyev etibarlı oynayıb.

Bu gün həmçinin, B qrupunda da ilk turun qarşılaşmaları baş tutub. Əvvəlcə Əlcəzairlə Türkiyəyə qalib gəlib - 2:1. Daha sonra isə Fələstin - Oman xalları bölüblər - 2:2.