Şəkidə 35 yaşlı kişi sirkə turşusundan zəhərlənib.

Unikal.org xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, bu gün axşam saat 18 radələrində Şəki rayonu Turan qəsəbə sakini, 1982-ci il təvəllüdlü Elçin Fikrət oğlu Məmmədov kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, 35 yaşlı Elçin Məmmədov sirkə turşusundan zəhərlənib. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Elçin Məmmədova lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Elçin Məmmədovun sirkə turşusunu hansı səbəbdən içməsini aparılacaq araşdırmalardan sonra söyləmək mümkün olacaq.

Faktla bağlı araşdırma aparılır.