Bakının Nəsimi rayonunda iki minik avtomobilinin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, qəza Ruhulla Axundov və Rəşid Behbudov küçələrinin kəsişməsində qeydə alınıb.

Hadisə nəticəsində "Opel" markalı avtomobillə "BMW" toqquşub. Qəza yerinə polis əməkdaşları cəlb olunub. Polisin məlumatına görə, qəzaya "BMW" markalı minik avtomobilinin sərxoş vəziyyətdə olan 51 yaşlı sürücüsü Telman Hüseynov səbəb olub.