Azərbaycanda daha iki məhkum ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  hadisə Penitensiar Xidmətin Müalicə Müəssisəsində qeydə alınıb. Orada müalicə alan 1962-ci il təvəllüdlü Cəmail Əzizalı oğlu Ağamalıyev və 1960-cı il təvəllüdlü Nazim Xanlar oğlu Mütəllimov xəstəlikdən ölüblər.

Faktla bağlı araşdırma aparılır.