Bakıda intihar hadisəsi baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, bu barədə Binəqədi rayon Polis İdarəsindən məlumat verilib. 

Bildirilib ki, 1-ci mədən, korpus 18, ev 22-də yaşayan, 1952-ci il təvəllüdlü Tolmaçova Nadejda Mixaylovna yaşadığı evin həyətində ağacdan özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.