Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Lənkəran rayonunun Liman şəhərindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Shacman" və "KamAZ " markalı yük maşınları toqquşub. Nəticədə sürücülərdən biri, Separadi kənd sakini, 1969-cu il təvəllüdlü Mircavid Məmmədzadə ağır bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralı əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.