Bərdə rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.

Unikal.org xəbər verir ki, hadisə mayın 8-də rayonun Mollagüllər kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini İbrahim Piriyev evində elektrik naqili ilə ehtiyatsız davranması səbəbindən cərəyan vurması nəticəsində ölüb. Onun ruhi xəstə olduğu bildirilib.

Faktla bağlı araşdırmalara başlanıb.