Xəbər verdiyimiz kimi, mayın 5-də saat 23:00 radələrində Tovuz şəhəri ərazisində "Porsche" markalı avtomobil qəzaya düşüb. Qəza nəticəsində "Nərgiz klinikasının baş həkimi Məlahət Qəhrəmanovanın oğlu, avtomobili idarə edən şəxs, polis zabiti Zakir Qəhrəmanov dünyasın dəyişib.

Avtomobildə olan sərnişinlər Tovuz rayon Polis şöbəsinin Qovlar polis şöbəsinin əməkdaşı, Alakol kənd sakini Nurxan Hüseynov və onun həmkəndlisi Azad Fətullayev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Unikal.org-un əldə etdiyi məlumata görə, qəzada yaralanan polis əməkdaşı artıq komaya düşüb və o, Gəncə şəhər xəstəxanasına yerləşdirilib.

Azad Fətullayevin səhəti isə orta ağır kimi qiymətləndirilir.