Bu gün Bakının Xətai rayonunda Nobel prospekti Zığ yolu adlanan ərazidə yol qəzası baş verib.

Unikal.org  salamnews-a istinadən xəbər verir ki, 90-UD-088 dövlət nömrə nişanlı "Toyota" markalı avtomobil hərəkətdə olarkən sürücü qəfil idarəetməni itirib və avtomobil yolun ortasındakı işıq dirəyinə çırpılıb. Daha sora əks istiqamətə keçərək şəhər istiqamətində hərəkət edən 90-NV-689 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobillə toqquşub. Bu yoldan da çıxan avtomobil səkiyə çırpılaraq dayanıb.

Hadisə nəticəsində yolun ortasına aşmış işıq dirəyi digər avtomobillərin hərəkətinə maneə törədib.

Qeyd edək ki, "Hyundai" markalı avtomobilin qadın sürücüsü kiçik xəsarətlər aldıb. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb. "Toyota"nın sürücüsü isə xəsarət almayıb.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.