Şəmkirdə qadın çardaqdan yıxılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Çinarlı qəsəbəsində 1961-ci il təvəllüdlü Muxtarova Mətanət Tofiq qızı üzüm yarpağı yığmaq üçün çardağa çıxıb. Oradan yıxılan qadın ağır xəsarətlər alaraq, xəstəxanaya yerləşdirilib. 

Vəziyyətinin orta-ağır olduğu bildirilir.