Ağdam rayonunda intihar hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.

Qəsəbədə məskunlaşan məcburi köckün, 23 yaşlı Sevinc İsmayıl qızı Abbasova yaşadığı evdə intihar edib. Hadisənin hansı səbəbdən baş verdiyi bilinmir.

S.Abbasovanın yaxınları mərhumun ruhi xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.