Tovuz rayonunda iki yaşlı uşaq yanıq xəsarətləri alıb. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Əlibəyli kənd sakini, 2015-ci il təvəllüdlü Nağıyev Uğur Röyal oğlu bədənin müxtəlif hissələrinin yanığı xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. Məlumata görə, valideynlərinin gözündən yayınan 2 yaşlı Uğur üzərinə qaynar çay dağıdaraq yanıq xəsarəti alıb.