Ermənistan Silahlı Qüvvələrinin kiçik çavuşu Qaqik Aruşeviç Mesropyan hərbçi yoldaşını qətlə yetirib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, bu haqda ölkənin İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Hadisə mayın 10-da səhər saatlarında baş verib. Qaqik Mesropyan həmkarına odlu silahdan atəş açıb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.