"Barselonanın hücumçusu Lionel Messi evlənməyə hazırlaşır.

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, argentinalı futbolçu uzun müddətdi birlikdə olduğu sevgilisi Antonelli Rokuçço ilə münasibətlərini rəsmiləşdirəcək.

Argentina mətbuatında gedən məlumatlarda cütlüyün artıq toy tarixini dəqiqləşdirdiyi bildirilib. Qeyd edilib ki, toy bu ilin 30 iyun tarixinə planlaşdırıb. Mərasim həm Antonellinin, həm də Messinin doğulduğu Rosario şəhərində olacaq.

2000-ci ildən birlikdə olan cütlüyün 4 yaşlı Tyaqo və bir yaşlı Mateo adlı övladları var.

Qeyd edək ki, toy mərasimindən qısa müddət əvvəl, 24 iyunda Leo doğum gününü də qeyd edəcək. Onun 30 yaşı tamam olur.