Bakıda yanğın hadisəsi qeydə alınıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda ümumi sahəsi 700 m2 olan ikimərtəbəli "Niaqara şadlıq evinin damında quraşdırılmış havatəmizləyici qurğu və tüstü bacasında yağ qalıqları yanıb.

Şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.