Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 07:24:19-da qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində isə 4-3 bala qədər hiss olunub.