Şəkidə 37 yaşlı kişinin ayağını siçovul dişləyib.

Unikal.org xəbər verir ki, Şəki Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-ya verilən məlumata görə, mayın 10-u saat 23:30 radələrində Şəki şəhəri Fərman Sadıqov küçəsi ev 8 ünvanında yaşayan, 1980-cı il təvəllüdlü Qoşqar Namizəd oğlu Ağaməmmədov sağ ayaq pəncəsinin xəsarəti ilə xəstəxanaya daxil olub.

Müayinə zamanı məlum olub ki, Qoşqar Ağaməmmədov yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən ot götürmək istəyən zaman siçovul onun ayağını dişləyib.

Ona lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra evə buraxılıb.