Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadınlar arasında voleybol yarışı davam edir.

Unikal.org-un məlumatına görə, A qrupunda Azərbaycan və Qırğızıstan yığmaları qarşılaşıblar.

Azərbaycan voleybolçuları hər üç setdə rəqib komandanın oyunçularına göz açmağa imkan verməyiblər - 25:7, 25:3, 25:8 (3:0).

Bu qrupun digər oyununda, A qrupunun favoritlərindən olan Türkiyə Tacikistan yığmasını darmadağın edib.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.