Mayın 13-də Heydər Əliyev adına İdman Sarayında "Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının paracüdo yarışlarında iki final görüşü baş tutub.

Unikal.org xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz finalda Azərbaycanın digər idmançısı Sevda Vəliyeva üzərində qalib gələrək çempion adını qazanıb.

70 kiloqram çəki dərəcəsində paracüdoçuların yarışının finalında Azərbaycanın iki idmançısı - Ramilə Kaştayeva və Turanə Ağayeva üz-üzə gəliblər.

Azarkeşlərin maraqla izlədikləri oyunda ipponla qələbə qazanan R.Kaştayeva IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.