Ağcabədi rayonu,Qaravəlli yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Ağcabədi rayonu,Qaravəlli kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan tövlənin dam örtüyünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı tövlədə olan 8 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 00:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.