Cəbhədə xəttində gedən döyüşlər zamanı şəhid olan polkovnik-leytenant Rafiq Orucovun cənazəsi Sumqayıt şəhərinə gətirilib.


Unikal.org Bizimyol.info-ya istinadən xəbər verir ki, şəhər sakinləri şəhidin nəşini qarşılamaq üçün bir araya toplaşıb. Sumqayıtlılar həlak olan hərbçimizin cənazəsini izdihamla qarşılayıb. Qarşılamada icra hakimi və zabitlər də olub. Bu barədə şəhər sakini Nihat Qasımov məlumat verib. 

Cəlilabad rayonunun N saylı hərbi hissəsində qulluq edən R.Orucov döyüş zonasına könüllü yollanıb.

Şəhid, bu gün torpağa tapşırılacaq.