Gəncə şəhərində təqribən 60-65 yaşlı qadın özünü yük qatarın altına ataraq intihar edib.

Unikal.org bidirir ki, Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"a verilən məlumata görə, hadisə dünən axşam saatlarında Poçt qəsəbəsi ərazisindən keçən dəmiryolu xəttində baş verib.

Belə ki, hələlik kimliyi məlum olmayan 60-65 yaşlı qadın özünü hərəkətdə olan yük qatarının altına ataraq intihar edib. Onun kimliyi və intihar etmə səbəbləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanıb.