"Karşıyakanın futbolçusu Mustafa Aşan karyerasını Azərbaycanda davam etdirə bilər. 

Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb.

Bildirilir ki, "Karşıyakadan ayrılmaq üçün Türkiyə Futbol Federasiyasına (TFF) müraciət edən 28 yaşlı yarımmüdafiəçi ilə "Kastamonu, "Şanlıurfaspor və Azərbaycan Premyer Liqasının 2 klubu yaxından maraqlanır.
Mövsümün gedişində rəhbərlik tərəfindən 60 min lirə məbləğində cərimələnən və 7 oyunluq komandadan uzaqlaşdırılan sabiq "Beşiktaşlı klubla müqavilə müddəti gələn ilin yayına qədər olmasına baxmayaraq, "Karşıyakadan ayrılmaqda israrlıdı. Futbolçu klubun ona olan borcunu ödəməsi və azad agent statusu alması üçün TFF-yə rəsmi müraciət edib. Federasiya isə futbolçuya olan 40 min lirəlik borcun ödənilməyəcəyi təqdirdə, mayın 28-dən etibarən Mustafanın müqaviləsinin ləğv ediləcəyini bəyan edib.
Qeyd edək ki, ilk peşəkar klubu "Beşiktaş olan Mustafa Aşan bu mövsüm meydana çıxdığı 25 oyunda 1 qola imza atıb. O, 2007-ci ildə Türkiyənin U-19 yığmasının formasını geyinib.