Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları ilə bağlı "Zəfər günlərinə start verilib.

Dünən medal qazanan idmançılar mükafatlandırılıblar.

Tədbirdə Milli Olimpiya Komitəsinin və İslam Həmrəyliyi İdman Federasiyasının vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycan gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Taekvondo Federasiyasının vitse prezidenti Füzuli Musayev, Azərbaycan Ağır Atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev və Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev iştirak ediblər.
Rəsmilər qızıl medalçılar Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq), gümüş mükafat qazanan Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanım Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq), həmçinin "bürünc sahibləri Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyevi (karate, 60 kq) mükafatlandırıblar.
Daha sonra xüsusi şərəf lövhəsinə imza atan idmançılarımıza hədiyyələr təqdim olunub.
Yalnız Ruslan Lunyovun və bədii gimnastika yığmamızın bu gün yarışı olduğundan, onlar tədbirə qatılmayıblar.