Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org bildirir ki, APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

"VAZ2106 markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində iki nəfər müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan biri, sərnişin 1961-ci il təvəllüdlü Alıyev Afiq Xalis oğlu reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır