Bakı-2017 İslam Həmrəyliyi Oyunlarında kişilər arasında səngər stendi yarışının təsnifat mərhələsi yekunlaşıb.

Unikal.org-un məlumatına görə, Azərbaycan idmançısı Əli Hüseynli 18 atıcı arasından finala vəsiqə qazanıb.

Digər təmsilçilərimiz Ramil Rüstəmzadə və Əlimirzə Quliyev isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.