Dağlıq Qarabağ münaqişəsi zonasında gedən döyüşlər Ermənistanın və ermənilərin razılaşmaq istəmədikləri, etiraf etməkdən boyun qaçırdıqları həqiqəti aşkar göstərdi.

O həqiqət çox sadədir: ermənilər işğal etdikləri torpaqlarımızdan qovulacaqlar.

Unikal.org Day.Az-a istinadən bildirir ki, Ermənistanın Dağlıq Qarabağa və işğal edilmiş Azərbaycan ərazilərinə yolladıqları əsgərlər vuruşmaq istəmirlər. Erməni valideynlər də Qarabağdan tabutlar almaqdan usanıblar. Erməni əsgərlər Yerevanın terror siyasətinin qurbanı olduqlarını gec də olsa, anlamağa başlayıblar.

Bu səbəbdən onlar təslim olur, əsir düşürlər.