Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalını qazanıb.

Unikal.org-un məlumatına görə, atıcılıq yarışlarında kişilər arasında 25 metrdən tapança ilə sürətli atəş açmada R.Lunyov hamıdan yüksək nəticə göstərib - 581-25 xal.

Gümüş medalı türkiyəli Murad Kılıç, bürünc medalı isə Oman atıcısı Səid Əl Haşimi əldə edib.

Bununla da Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarında qızıl medallarının sayını 12-yə çatdırıb.