Bu gün Azərbaycan karateçisi Roman Heydərov "Bakı-2017 IV Avropa Oyunlarının finalında qalib gələrək milli komandamızın 13-cü qızıl medalını qazanıb.

Unikal.org-un məlumatına görə, R.Heydərov kata yarışının finalında türkiyəli Mehmet Yakanı 3:2 hesabı ilə məğlub edib.

Bürünc medalların sahibləri misirli Zeyad Muhammed və iranlı Şahyerdi Əbolfazi olub.

Qeyd edək ki, R. Heydərov səkkizdəbir finalda İndoneziya idmançısı Əhməd Yuda 4:1, dörddəbir finalda iranlı Şahyerdi Əbolfaziyə 3:2, yarımfinalda Birləşmiş Ərəb Əmirliklərinin təmsilçisi Xəlifə Əlabara 5:0 hesabı ilə qalib gəlib.

R. Heydərov yeniyetmə və gənclər arasında dünya kubokunun qalibi, Avropa çempionatının ikiqat bürünc medalçısıdır.