Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir paracüdoçumuz qızıl medal qazanıb.

Unikal.org-un məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançıların final görüşündə təmsilçimiz Ramil Qasımov özbəkistanlı Feruz Sayidov qarşılaşıb.

Rio-2016 çempionu R.Qasımov həlledici görüşdə rəqibinə qalib gələrək Azərbaycana növbəti qızıl medal qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.