Bakıda eyni ünvanda iki yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən apa-ya verilən məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. "Mercedes markalı, 90 EN 378 dövlət nömrə nişanlı avtomobil yolun əks istiqaməti ilə hərəkətdə olan "VAZ-2106 markalı, 10 BV 098 dövlət nömrə nişanlı maşınla toqquşub. Nəticədə avtomobillərdə olan 4 qadın, və 1 azyaşlı xəsarət alıb.

Hadisədən bir müddət sonra həmin ərazidə "Opel markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 3 nəfər xəsarət alıb.

Hər iki faktla bağlı araşdırma aparılır.