Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 13-də saat Xətai rayonu Zığ yolunda Fərid Əliyevin idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Afaq Əliyevanın idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə F.Əliyev hadisə yerində ölüb, A.Əliyeva və sərnişini, atası Nəriman, oğlu Emil xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.