Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba magistral avtomobil yolunun 101-ci km, Siyəzən rayonu ərazisində "Changan və "Mercedes markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Unikal.org-un məlumatına görə, baş verən yol qəzasında ölən və yaralanan şəxslərin adları müəyyənləşib.

Qəzada ölənlər Natəvan Hüseynova və onun qızı Aytəndir.

Xəsarət alan şəxslər isə Bakı şəhər sakinləri, 1991-ci il təvvəllüdlü Kənan Şükürov və 1992-ci il təvəllüdlü Afət Ağayevadır.

K. Şükürovun vəziyyəti ağırdır.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.(apa)