Beyləqanda silahlı insident olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, mayın 14-də Beyləqan rayonunda yaşayan 16 yaşlı Nəzifə Babayeva evlərində ov tüfəngi ilə ehtiyatsız davrandığından açılan atəşdən xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib.

Beyləqan Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən hadisə yerindən "İJ" markalı ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırma aparılır.