Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi cüdoçularımız komanda yarışlarının yarımfinalında tatami üzərinə çıxıb.

Unikal.org-un məlumatına görə, bu dəfə komandamızın rəqibi Özbəkistan komandası olub.

Azərbaycan komandası görüşdə 4:1 hesabı ilə qələbə qazanaraq finala çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.