Avtoxuliqanlıq edən gənclərin qəza anının videosu sosial şəbəkələrdə yayılıb.

Unikal.org Avtosfer.az-a istinadən xəbər verir ki, "VAZ-2107 markalı avtomobili idarə edən sürücü sürəti 120-yə qaldırır və maşındakıları bundan zövq alırlar. Onlar sürücünü daha da qızışdırmağa başlayır və "Beşbarmaq dağı yaxınlığında avtomobil sərt döngədə qəfil tormozlama nəticəsində yoldan çıxaraq dərəyə aşır. Bir qədər əvvəl sürətlə hərəkətin, qayda pozmağın adrenalinini çıxaran gənclərin qəza anında çıxardığı qorxu dolu səslər başqalarına ibrət dərsi olmalıdır.

Hər zaman sürücülərə səslənib bildiririk ki, avtomobildən əyləncə vasitəsi kimi yox, nəqliyyat vasitəsi kimi istifadə edin. Lakin buna baxmayaraq onlar çox vaxt bu sözləri eşitmədən, görmədən yolda min oyundan çıxırlar ki, bunun da sonu faciə ilə bitir.

Gördüyünüz bu gənclər avtomobildə təhlükəsizlik kəmərini taxmadan yüksək sürətlə hərəkət edirlər və sonda qəfildən idarəetməni itirərək avtomobili aşırırlar. Ümid edirik ki, onlar əgər sağ qalmış olsa, bu hadisədən nəticə çıxararaq bir daha yolda belə mədəniyyətsiz hərəkət etməyəcəklər.