Astarada avtomobil yolu keçmək istəyən məktəblini vurub.

Unikal.org apa-ya istinadən xəbər verir kki, hadisə Astaranın Şahağacı kəndində baş verib.

Hadisə nəticəsində xəsarət alan kənd sakini, 2007-ci il təvəllüdlü Səbinə Niyaməddin qızı Əsədova müəllimlərin köməyi ilə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Məktəbli reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.