"Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan yığması atıcılıq növündə daha bir qızıl medal qazanıb.

Unikal.org-un məlumatına görə, bu dəfə qarışıq komanda halında səngər stendində Aydan Camalova - Əli Hüseynli dueti fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Onlar 43 xalla 1-ci yeri tutublar. Türkiyəli Nihan Gurer - Oğuzhan Tuzun dueti 42 xalla gümüş, qətərli Xalud Hassan əl-Xələf - Mohammed Xejaim dueti isə bürünc medala sahib olub.