Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycanın xaricdəki diaspor təşkilatlarına çağırış edilib, habelə Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmə təşəbbüsü irəli sürülüb.
 
Unikal.org-un məlumatına görə, deputat Qənirə Paşayeva dünyadakı erməni lobbisinin təsirindən danışıb. O, Azərbaycanın xaricdəki diaspor təşkilatlarını, xüsusilə xaricdə yaşayan azərbaycanlı gəncləri fəal olmağa çağırıb: "Dünya birliyinə obyektiv məlumatın çatdırılması, obyektiv qiymətin verilməsi məhz xaricdəki diaspor hərəkatından asılıdır. Erməni diasporu, lobbisi və dəstəkçiləri son hadisələrlə bağlı yenə Azərbaycana qarşı yalanlarla dolu təbliğata başlayıblar. Buna imkan verməməliyik. Diasporumuz yaşadığı ölkələrdə diqqətli və duyarlı olmalıdır. Gənclərimiz xarici dillərdə sosial şəbəkələrdə fəal olmalıdır. İnformasiya müharibəsində də qələbə bizim üçün çox vacibdir. Buna da xüsusi diqqət göstərməliyik".
 
Hüseyin İsgəndərov